Mobil versiya
Ən gənc general-leytenant oldu
Tarix: 17-08-2026 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Ən gənc general-leytenant oldu


Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

“aia.az” xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir.

Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır. Belə ki, ölkəmizdə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb.

Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2026