Azərişıq” Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir - Video
Tarix: 14-08-2026 | Saat: 13:26
Bölmə:Ölkə / Media | çapa göndər

Mürəkkəb relyefi və sərt iqlimi ilə seçilən, füsunkar təbiəti ilə göz oxşayan Kəlbəcərdə işğaldan azad olunduğu gündən etibarən elektrik təsərrüfatı yenidən qurulmağa başlayıb.
“aia.az” xəbər verir ki, rayon ərazisində əsaslı təmir və yenidənqurma işləri bu gün də sürətlə davam etdirilir.
Kəlbəcərə köç edən sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.
Yenidənqurma işləri çərçivəsində şəhər ərazisində yeni yaradılan 2-ci yaşayış məhəlləsində 35/0.4 kV-luq müasir tipli yarımstansiya tikilib, 2 kilometrə yaxın ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sərhəd bölgələrində yerləşən strateji obyektlərin elektrik təchizatını gücləndirmək məqsədilə Zar-Zəylik istiqamətində 6 kilometr, Alagöllərə 48 kilometr, Zod istiqamətində isə 4 kilometr uzunluğunda Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.
Kəlbəcər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110 kV-luq ikidövrəli hava elektrik verilişi xəttinin çəkilişinə başlanılıb.
Həmçinin 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından İstisu istiqamətində strateji obyektləri elektrik enerjisi ilə təmin etmək məqsədilə ikidövrəli 42 kilometr uzunluğunda ÖİN-3 kabel xətti çəkilib. Həmin xəttin üzərində müasir Qapalı Paylayıcı Qurğu (QPQ) quraşdırılaraq Kəlbəcər şəhəri fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin edilib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026