Bakı metrosunda DƏYİŞİKLİK - FOTO
Tarix: 14-08-2026 | Saat: 12:25
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakıda metro xətlərinin ayrılması ilə bağlı nəzərdə tutulan dəyişikliklərə artıq stansiyalarda da hazırlıq görülür. Belə ki, “Dərnəgül” stansiyasında yerləşən elektron lövhələrdə qatarların istiqaməti ilə bağlı yeni məlumatlar əks olunmağa başlayıb.
aia.az xəbər verir ki, lövhələrdə “Dərnəgül – Nizami” istiqaməti göstərilir. Bu, avqustun 15-dən etibarən metroda tətbiq olunacaq yeni hərəkət sxemi ilə bağlıdır.
Beləliklə, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” və digər stansiyalardan gələn sərnişinlər artıq birbaşa “28 May” stansiyasına gedə bilməyəcəklər. Qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək.
“Nizami”dən sonra “28 May” istiqamətində hərəkət etmək istəyən sərnişinlər alternativ nəqliyyatdan istifadə etməli və ya mövcud keçid imkanlarından yararlanmalıdırlar.
Qeyd edək ki, dəyişiklik Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə nəticəsində xətlərin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları isə xətlər arasında əsas keçid məntəqələri olacaq.
Hazırda sərnişinlərin məlumatlandırılması məqsədilə stansiyalarda istiqamət lövhələri də mərhələli şəkildə yenilənir. “İnşaatçılar”da çəkilən görüntüdə yeni istiqamətin artıq lövhədə göstərilməsi diqqət çəkir.
Xatırladaq ki, avqustun 15-dən etibarən “Dərnəgül–Nizami” sahəsində hərəkətin təşkili ilə əlaqədar sərnişinlərin gündəlik marşrutlarında dəyişiklik olacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2026