Mobil versiya
ABŞ-dan Kolumbiyaya milyonlarla dollarlıq TƏCİLİ YARDIM
Tarix: 11-08-2026 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər

ABŞ-dan Kolumbiyaya milyonlarla dollarlıq TƏCİLİ YARDIM



ABŞ Kolumbiyada baş verən güclü zəlzələdən sonra təcili yardım və fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə 15,5 milyon dollar vəsait ayıracağını açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sosial media hesabında məlumat verilib.
Bildirilib ki, 7,4 bal gücündə zəlzələdən sonra Vaşinqton Kolumbiya ilə həmrəyliyini ifadə edib və zərərçəkən əhaliyə yardım göstərilməsi üçün maliyyə dəstəyi ayırmaq qərarına gəlib.
Açıqlamaya əsasən, 15,5 milyon dollarlıq yardım ilk növbədə təcili sığınacaq yerlərinin yaradılması, ərzaq təminatı və zərərçəkən insanların müdafiəsi ilə bağlı ehtiyacların qarşılanmasına sərf olunacaq.
Vəsaitin bir hissəsi həmçinin zəlzələnin vurduğu ziyanın və bölgədə yaranmış humanitar vəziyyətin qiymətləndirilməsi işlərinə yönəldiləcək.
ABŞ tərəfi yardımın fəlakətdən zərər çəkmiş insanların ən təcili ehtiyaclarının qarşılanmasına və bərpa prosesinin ilkin mərhələsinə dəstək verməsinə hesablandığını bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-08-2026