Dünyanı heyrətləndirən layihə cəmi bir neçə həftə yaşadı – 732 mesajdan sonra hər şey bitdi
Tarix: 11-08-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

1858-ci ildə Atlantik okeanının altından çəkilərək İrlandiya ilə Kanadanın Nyufaundlend adasını birləşdirən ilk transatlantik teleqraf kabeli dövrünün ən böyük texnoloji nailiyyətlərindən biri hesab edilirdi. Lakin Avropa ilə Şimali Amerika arasında rabitədə inqilab yaradan layihənin uğuru uzun sürmədi. Kabel istifadəyə verildikdən cəmi bir neçə həftə sonra sıradan çıxdı.
Nəhəng layihənin əsas təşəbbüskarlarından biri Nyu-Yorklu sahibkar Sayrus Vest Fild idi. Məqsəd Atlantik okeanının iki sahili arasında məlumat mübadiləsini həftələrdən saatlara endirmək və Avropa ilə Amerika arasında faktiki olaraq ilk sürətli kommunikasiya xəttini yaratmaq idi.
Kabelin hazırlanması mərhələsində isə mühəndislər arasında ciddi fikir ayrılıqları yaranmışdı. Məşhur alim Uilyam Tomson daha etibarlı rabitə üçün daha qalın mis nüvədən istifadə edilməsini təklif etsə də, nəticədə daha yüngül konstruksiyaya üstünlük verildi.
Layihənin həyata keçirilməsi də böyük çətinliklərlə müşayiət olunurdu. 1857 və 1858-ci illərdə Atlantik okeanının dibinə kabel çəkmək üçün edilən ilk cəhdlər kabelin qırılması ilə nəticələndi. Buna baxmayaraq, layihədən imtina edilmədi və yeni cəhdə başlanıldı.
Nəhayət, 29 iyul 1858-ci ildə kabel Atlantik okeanının ortasında birləşdirildi. İki gəmi əks istiqamətlərə hərəkət edərək kabelin uclarını Avropa və Şimali Amerika sahillərinə çatdırdı. Beləliklə, dövrün insanları üçün inanılmaz görünən texnoloji layihə reallığa çevrildi.
16 avqust 1858-ci ildə Böyük Britaniya kraliçası Viktoriya ilə ABŞ prezidenti Ceyms Byukenen arasında kabel vasitəsilə tarixi mesaj mübadiləsi həyata keçirildi. Kraliçanın 98 sözdən ibarət mesajının qarşı tərəfə ötürülməsi təxminən 16 saat çəksə də, həmin dövrün imkanları nəzərə alındıqda bu, rabitə tarixində böyük sıçrayış idi. Çünki okeanın o biri sahilinə məlumat göndərmək üçün artıq gəminin həftələrlə yol getməsini gözləmək lazım deyildi.
Lakin böyük uğur çox qısa sürdü. Kabel fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 732 mesaj ötürə bildi və bir neçə həftədən sonra rabitə tamamilə kəsildi. Kabelin sıradan çıxması onun konstruksiyası və istismarı zamanı yol verilmiş texniki problemlərlə əlaqələndirilirdi.
İlk transatlantik kabelin uğursuzluğu layihənin sonu olmadı. Əksinə, əldə edilən təcrübə sonrakı illərdə daha etibarlı okeanaltı rabitə xətlərinin yaradılmasına yol açdı. 1858-ci ilin qısaömürlü kabeli cəmi bir neçə həftə fəaliyyət göstərsə də, dünyanın müxtəlif qitələri arasında ani rabitənin mümkün olduğunu sübut edən tarixi layihə kimi yadda qaldı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026