Moskva İrəvanı KTMT-də “susdurur” – Ermənistan səsvermə hüququnu itirə bilər
Tarix: 11-08-2026 | Saat: 16:43
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın noyabrın 11-də keçiriləcək zirvə toplantısında baxıla bilər.
Bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və bütün iştirakçı dövlətlər sənəddən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu öhdəliklər sırasında təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak da var.
“İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və illik büdcə qərarlarını imzalamaması sadəcə öz hüququnu həyata keçirməməsi deməkdir. Lakin bu, Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini aradan qaldırmır”, – Qaluzin bildirib.
Beləliklə, Moskva ilə İrəvan arasında uzun müddətdir davam edən KTMT böhranı yeni mərhələyə keçə bilər. Ermənistan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etməsə də, formal şəkildə üzvlüyünü davam etdirir. İndi isə maliyyə öhdəliklərinin yerinə yetirilməməsi fonunda ölkənin səsvermə hüququnun məhdudlaşdırılması gündəmə gətirilir.
Bəs Rusiya həqiqətən Ermənistanı KTMT-də səsvermə hüququndan məhrum etmək istəyir, yoxsa bu məsələ İrəvana qarşı növbəti siyasi təzyiq vasitəsidir?
Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, Rusiyanın Ermənistan üzərində təzyiqləri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlayıb və zaman keçdikcə daha sərt xarakter alıb.
“Rusiyanın təzyiqlərinin sərtliyi hər il artsa da, Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməyib. Moskva 7 iyun seçkiləri ərəfəsində siyasi-iqtisadi basqılarını artırsa da, Paşinyanın partiyası qalib gəldi. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması ilə bağlı mövqeyi də dəyişməz olaraq qalır”.
Ekspert hesab edir ki, Ermənistanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı mümkün qərarın praktiki təsiri böyük olmayacaq. Onun fikrincə, təşkilatın toplantılarını boykot edən və fəaliyyətini faktiki donduran dövlət üçün səsvermə hüququnun məhdudlaşdırılması mövcud vəziyyəti ciddi şəkildə dəyişdirməyəcək.
“Ona görə də Ermənistanın blokda səsvermə hüququndan məhrum edilməsi hədəsi məntiqsizdir. Çünki təşkilatda fəaliyyətini donduran, tədbirlərini boykot edən ölkənin səsvermə haqqını əlindən almaq nəyi dəyişəcək? Ermənistan rəhbərliyi bu qərarı istehza ilə qarşılayır və heç bir münasibət bildirmir”, – İlham İsmayıl qeyd edib.
Ekspert Rusiyanın Ermənistan qarşısında Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim qoyması ilə bağlı müzakirələrə də toxunub. Onun fikrincə, Ermənistanın Avropa İttifaqına üzvlüyünün yaxın perspektivdə reallaşması gözlənilmədiyindən bu mövzunun İrəvana qarşı təzyiq vasitəsinə çevrilməsi ciddi nəticə verməyə bilər.
İlham İsmayıl hesab edir ki, Moskvanın əlində Ermənistan üzərində təsir göstərmək üçün KTMT məsələsindən daha ciddi iqtisadi və sosial rıçaqlar mövcuddur. Ekspert bunların sırasında Rusiyada çalışan Ermənistan vətəndaşları ilə bağlı miqrasiya siyasətini xüsusi qeyd edir.
Onun fikrincə, Rusiyadakı erməni əmək miqrantlarının kütləvi şəkildə Ermənistana qaytarılması İrəvan üçün sosial-iqtisadi problemlər yarada bilər və ölkə daxilində narazılığın artmasına təsir göstərə bilər. Beləliklə, KTMT-də səsvermə hüququ məsələsi Moskva-İrəvan münasibətlərində daha geniş siyasi qarşıdurmanın yalnız bir elementi kimi görünür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026