Həkimə salam verməyin qiyməti
Tarix: 10-08-2026 | Saat: 12:11
Bölmə:Özəl / Yazar6 | çapa göndər

Özəl xəstəxanada həkimin qəbuluna yazılmağın, yəni içəri girib ona salam verməyin qiyməti 50 manatdan başlayır. Həkim var, 70 manatdır, həkim var, 100 manatdır, eləsi də var ki, ona salam vermək 150 manata başa gəlir. Əlbəttə, burada həkimin təcrübəsi, ixtisası, tanınmışlığı və qəbulun qiymətinə təsir edən başqa amillər var. Amma xəstənin baxdığı mənzərə yenə də qəribədir: adam xəstəxanaya xəstəliyinə çarə axtarmağa gedir, ilk qarşısına isə qiymət çıxır. Sanki xəstəliyin də qəbul tarifi var. Bir azdan yəqin belə elanlar da görəcəyik: “Baş ağrısı – 50 manat, ürək ağrısı – 100 manat, ciddi narahatlıq – qiymət razılaşma yolu ilə”. Əslində gülməli görünür, amma məsələ heç də gülməli deyil. Çünki insan xəstə olanda onun üçün 50 manat sadəcə 50 manat olmur.
Dövlət xəstəxanalarında isə vəziyyətin başqa bir tərəfi haqqında xəstələr arasında çoxlu narazılıqlar səslənir. İcbari tibbi sığortanın olduğu, bir sıra tibbi xidmətlərin Xidmətlər Zərfinə daxil edildiyi bir sistemdə xəstə bəzən həkimə çatmaq üçün yenə də əlavə pul ödəməli olduğunu düşünür. Daha doğrusu, xəstələrin bir hissəsi belə şikayət edir ki, əlavə ödəniş etməsən, həkimin münasibəti dəyişir, növbən uzanır, işin çətinləşir və ən sadə “salam” belə sanki cavabsız qalır. Burada söhbət təsdiqlənmiş rüşvət faktlarından yox, cəmiyyətdə dolaşan və ciddi araşdırılmağa ehtiyacı olan şikayətlərdən gedir. Bu şikayətlər arasında ən çox adı çəkilən tibb müəssisələrindən biri Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzidir. Xəstələr arasında burada müxtəlif həkimlərin qəbul və xidmətlə bağlı öz “qiymət cədvəllərinin” olduğu barədə söz-söhbətlər dolaşır. Əgər bu iddialar əsassızdırsa, onları ən yaxşı şəkildə araşdırma və şəffaf cavab aradan qaldıra bilər. Əgər əsaslıdırsa, onda məsələ daha ciddidir: icbari tibbi sığorta sisteminin yanında niyə xəstənin cibindən çıxan ikinci, qeyri-rəsmi “sığorta” yaranmalıdır?
Burada bir məsələni də ayırmaq lazımdır. Həkimin əməyinin qiyməti olmalıdır. Özəl tibb müəssisəsində həkimin qəbuluna görə ödəniş tələb edilməsi özlüyündə qeyri-adi deyil. Amma dövlət xəstəxanasında sığorta ilə qarşılanan tibbi xidmət üçün xəstənin əlavə pul verməyə məcbur olduğunu hiss etməsi tamam başqa məsələdir. Çünki vətəndaş sığortaya görə pul ödəyir, dövlət də həmin sistemin işləməsi üçün mexanizm qurur. Sonra xəstə xəstəxanaya gedir və qarşısına üçüncü bir qayda çıxır: “Bura qədər sığorta, bundan sonrası öz aranızda”. Bu zaman vətəndaş haqlı olaraq soruşur: bəs mən sığortanı niyə ödəyirəm? Həkimə çatmaq üçün ikinci dəfə ödəməliyəmsə, onda birinci ödəniş hara gedir?
Səhiyyə sistemində ən təhlükəli şey bəlkə də pulun özü deyil, xəstənin pul vermədən xidmət ala bilməyəcəyinə inanmasıdır. Çünki bir dəfə bu inam yarandısa, artıq xəstəxanaya daxil olan adamın əlində tibbi sığorta kartından əvvəl zərf axtarması mümkündür. Bu isə səhiyyənin yox, etimadın xəstələnməsidir. Həkim otağının qapısı açılmalıdır, amma o qapını açan şey nə pul, nə tanış, nə də zərf olmalıdır. Xəstənin əlində yalnız sığorta sənədi, qarşısında isə həkim olmalıdır. Və ən əsası, xəstə “salam” vermək üçün qiymət soruşmamalıdır. Çünki salamın qiyməti 150 manata çatırsa, artıq söhbət təkcə həkim qəbulundan getmir. Deməli, səhiyyədə hansısa yerdə çox ciddi bir şey xəstələnib.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026