Mobil versiya
Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub - FOTOLAR
Tarix: 06-08-2026 | Saat: 23:23
Bölmə:Siyasət | çapa göndər

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində olub - FOTOLAR


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Kiyevdəki səfirliyini ziyarət edib.
aia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım olunub.

Bildirilib ki, nazir səfirliyin əməkdaşları ilə görüşüb və diplomatik nümayəndəliyin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Xatırladaq ki, C. Bayramov Ukraynada rəsmi səfərdədir. O, İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda olub.

Azərbaycanın XİN rəhbəri ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb, Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

C. Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-08-2026