Bu da “Söyüş müxalifəti”nin rəzil ÇÖKÜŞÜ - Bax Belə
Tarix: 06-08-2026 | Saat: 14:44
Bölmə:Ölkə | çapa göndər

Son illər Azərbaycan informasiya məkanında özünü müxalifət kimi təqdim edən bəzi şəxslər siyasi polemikanı fikir yarışından çıxararaq təhqir, böhtan, şantaj və şəxsi ləkələmə kampaniyasına çeviriblər. Cəmiyyət arasında artıq “söyüş müxalifəti” kimi tanınan bu marginal qrupun fəaliyyəti siyasi alternativ yaratmaqdan çox, sosial şəbəkələrdə aqressiya, nifrət və mənəvi deqradasiya mühiti formalaşdırmağa xidmət edir.
Siyasi mübarizənin əsas prinsipi arqument, fakt və ictimai maraqlar naminə aparılan fikir mübadiləsidir. Lakin söyüşü əsas siyasi alətə çevirənlər üçün nə arqumentin, nə hüququn, nə də etik normaların əhəmiyyəti var. Onların fəaliyyətinin mərkəzində cəmiyyəti məlumatlandırmaq yox, diqqət çəkmək, izləyici toplamaq, qalmaqal yaratmaq və insanları təhqir etməklə gündəmdə qalmaq dayanır. Bu çevrələrin istifadə etdiyi əsas metod şər və böhtandır. Hər hansı fakt ortaya qoymadan insanlar haqqında ittihamlar irəli sürmək, ailələri hədəfə almaq, dövlət məmurlarını, ictimai-siyasi xadimləri, jurnalistləri və fərqli düşünən şəxsləri təhqir etmək onlar üçün adi davranış formasına çevrilib. Ən təhlükəlisi isə budur ki, bu cür davranış “söz azadlığı” adı altında təqdim olunmağa çalışılır. Halbuki dünyanın heç bir demokratik ölkəsində böhtan, təhqir və ləyaqətin alçaldılması söz azadlığı hesab edilmir.
Söyüş siyasi mövqe deyil, mədəniyyətsizliyin və tərbiyəsizliyin göstəricisidir. Şəxsi təhqir arqumentin yoxluğunu, emosional aqressiya isə siyasi acizliyi nümayiş etdirir. Cəmiyyət qarşısında ideyası, proqramı və həlli yolları olmayanlar diqqəti yalnız söyüş, qalmaqal və təhqirlə cəlb etməyə çalışırlar. Bu isə siyasi fəaliyyət deyil, ictimai əxlaqın deqradasiyasıdır. Belə şəxslərin sosial şəbəkələrdə nümayiş etdirdikləri davranış modeli xüsusilə gənc nəsil üçün son dərəcə mənfi nümunə yaradır. Onlar siyasi mədəniyyət əvəzinə küçə leksikonunu, debat əvəzinə təhqiri, arqument əvəzinə böhtanı təşviq edirlər. Bunun nəticəsində cəmiyyətin siyasi diskussiya mədəniyyəti zərbə alır, ictimai münasibətlərdə etik sərhədlər pozulur.
Bu baxımdan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin açıqladığı fakt diqqət çəkir. Onun sözlərinə görə, Fransa məhkəməsi hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin “sağ əli” sayılan Qənimət Zahid barəsində qərar qəbul edib və uzun sürən hüquqi prosesdən sonra kompensasiya ödənilməsi təmin olunub. Qənizadə bunu hüquqi müstəvidə əldə edilmiş mühüm nəticə kimi qiymətləndirərək bildirib ki, məqsədi xaricdə sığınacaq almış, böhtan və təhqiri fəaliyyət üsuluna çevirən şəxslərin qanun qarşısında cavab verməsinə nail olmaq olub.
Əgər bu faktlar məhkəmə qərarları ilə təsdiqini tapırsa, bu, bir daha göstərir ki, hüququn aliliyi dövlət sərhədləri ilə məhdudlaşmır. İnternet və sosial şəbəkələr heç kimə toxunulmazlıq vermir. Xaricdə yaşamaq da qanun qarşısında məsuliyyətdən azad olmaq demək deyil.
Əslində “söyüş müxalifəti”nin ən böyük məğlubiyyəti məhkəmə qərarlarından əvvəl cəmiyyət qarşısında baş verib. Çünki Azərbaycan cəmiyyəti siyasi tənqidlə söyüşü, fikir plüralizmi ilə böhtanı, müxalifətlə təhqiri bir-birindən ayırmağı bacarır. İnsanlar konstruktiv tənqidi qəbul edə bilər, lakin şəxsi təhqiri, ailə dəyərlərinin alçaldılmasını və yalan kampaniyalarını heç vaxt siyasi fəaliyyət kimi qəbul etmirlər. Təhqir üzərində qurulan ritorika heç vaxt uzunömürlü olmur. Tarix göstərir ki, nifrət dili ilə fəaliyyət göstərən qruplar müəyyən müddət səs-küy yaratsalar da, nəticədə öz auditoriyalarını belə itirirlər. Çünki cəmiyyət bir müddətdən sonra anlayır ki, həmin şəxslərin nə proqramı var, nə ideyası, nə də ölkənin gələcəyi ilə bağlı real baxışı. Onların əsas “fəaliyyəti” kimisə aşağılamaq, kimisə təhqir etmək və gündəm yaratmaqdan ibarətdir.
Müasir demokratik cəmiyyətlərdə siyasi rəqabət ideyalar üzərində qurulur. Böhtan isə cinayət-hüquqi məsuliyyət doğura bilən hərəkətdir, təhqir isə nə siyasi mübarizədir, nə də demokratiyanın tələbi. Buna görə də hüquqi mexanizmlərin işləməsi, böhtan və təhqirə görə məsuliyyət tədbirlərinin tətbiqi sağlam ictimai münasibətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi mübarizəni söyüşə çevirənlər anlamalıdırlar ki, qanun qarşısında hər kəs bərabərdir. Xaricdə yaşamaq, sosial şəbəkədə fəaliyyət göstərmək və ya özünü “siyasi fəal” adlandırmaq heç kəsə insanların şərəf və ləyaqətini alçaltmaq hüququ vermir. Hüquq dövləti prinsipi məhz bunun üçün mövcuddur, həmçinin fikir azadlığını qorumaqla yanaşı, böhtan, təhqir və qeyri-etik davranışların da hüquqi qiymətini vermək üçün...musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-08-2026