Mobil versiya
Çimərliklərə giriş niyə ödənişlidir?
Tarix: 30-07-2026 | Saat: 12:38
Bölmə:Ölkə | çapa göndər

Çimərliklərə giriş niyə ödənişlidir?

Azərbaycanda təxminən 90 çimərlik var və onlardan cəmi yeddisi ödənişsiz fəaliyyət göstərir.

aia.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, çimərliklərə girişin ödənişli olması ilə bağlı ictimai narazılıqlar fonunda səsləndirilib.

Paytaxt sakinləri hesab edirlər ki, çimərliklərə giriş pulsuz olmalı, ödəniş isə yalnız göstərilən xidmətlərə görə alınmalıdır.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti isə bildirib ki, onların əsas vəzifəsi çimmək üçün təhlükəli əraziləri müəyyənləşdirərək vətəndaşları məlumatlandırmaqdır.

Qurum əlavə edib ki, verilişdə qeyd olunan çimərliklərin sayı rəsmi deyil, təxmini göstəricidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-07-2026