Politico: Avropa ölkələri ABŞ-ın Hörmüz boğazı təşəbbüsünə ehtiyatla yanaşır
Tarix: 29-07-2026 | Saat: 22:15
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü birgə dəniz patrulu təşəbbüsü Avropadakı əsas müttəfiqlər tərəfindən hələlik dəstək qazanmayıb. Bu barədə Politico nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin yazdığına görə, bir sıra Avropa ölkələri ABŞ və İran arasında vəziyyət tam sabitləşməyincə və davamlı atəşkəs təmin olunmayınca belə bir missiyada iştirak etmək niyyətində deyil. Mənbələr bildirirlər ki, bu mövqe xüsusilə mümkün hərbi eskalasiyanın riskləri ilə əlaqələndirilir.
Politico iddia edir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Böyük Britaniya və Fransanı mümkün dəniz koalisiyasının formalaşdırılmasına dəstək verməyə təşviq etməyə çalışsa da, bu təşəbbüs Avropa paytaxtlarında ehtiyatla qarşılanıb.
Məlumata görə, ABŞ və Böyük Britaniya rəsmilərinin Hörmüz boğazında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Londonda görüş keçirməsi planlaşdırılır. Lakin nəşrin həmsöhbətləri bu danışıqlardan ciddi nəticələrin əldə olunacağını gözləmədiklərini bildiriblər.
Politico-nun mənbələrinin sözlərinə görə, bəzi Avropa ölkələri Vaşinqtonun İranla bağlı hərbi addımları barədə müttəfiqləri əvvəlcədən məlumatlandırmamasından narazıdır. Həmçinin qeyd olunur ki, bu amil onların yeni və riskli hərbi missiyalarda iştirak məsələsinə daha ehtiyatlı yanaşmasına səbəb olur.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin rəsmiləri Politico-nun xəbəri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. :::
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər