Mobil versiya
Təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
Tarix: 26-07-2026 | Saat: 10:37
Bölmə:Ölkə | çapa göndər

Təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə