Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Tarix: 25-07-2026 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır. T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb.
2025-ci ildə isə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb. Bir çox hallarda kişilər gender zorakılığına məruz qaldığını etiraf edə bilmir. Cəmiyyətdə kişilərin güclü, qoruyucu və həmişə lider olmalı olduğu düşüncəsi formalaşıb. Bu səbəbdən kişilər hər hansı bir zorakılığa məruz qaldıqda, zəif və qorxaq hesab edilə bilərlər. Kişilər zorakılığa məruz qaldıqda stereotiplərə görə bu mövzuda açıq danışa bilmirlər. Həmçinin zorakılıq halları qadınlar tərəfindən kişilərə qarşı baş verdikdə, cəmiyyətin kişilərə göstərdiyi reaksiya da çox zaman mənfi olur. Kişilər ailə içində və ya münasibətlərində fiziki və ya psixoloji zorakılığa məruz qalanda bunu gizlədirlər. Məsələn, bir qadın tərəfindən fiziki zorakılığa məruz qalan kişi bu barədə ictimaiyyətə açıqlama verməkdən çəkinə bilər.
Bəs kişilərin gender əsaslı zorakılığa məruz qalmasının səbəbləri nədir?
Psixoloq Rövşən Nəcəfov Musavat.com-a qeyd edib ki, zorakılığın cinsiyyəti yoxdur. “Bu gün istər qadına, istərsə də kişiyə qarşı zorakılıq göstərilməsi cinayət təfəkkürünün təzahürüdür. Xüsusilə məişət zorakılığı hallarında bu, bəzən açıq şəkildə görünmür. Biz çox vaxt bunu mentalitetlə əlaqələndirir, "ailə məsələsidir" deyərək üzərindən keçirik. Məhz bu düşüncə səbəbindən insanlar üzləşdikləri zorakılıqla bağlı hüquqi addım atmırlar”, - Nəcəfov belə deyib.
Psixoloq qeyd edib ki, Azərbaycan kimi konservativ cəmiyyətlərdə kişilərin öz hisslərini ifadə etməsi, zəif görünməsi birmənalı qarşılanmır: “Uzun illər kişilər ailədaxili problemlərini, hətta ən sadə çətinliklərini belə ətrafları ilə bölüşə bilməyiblər. Çünki biz "evin içini çöl bilməz" düşüncəsi ilə böyümüşük. Halbuki bu gün evin içində cinayət baş verirsə, istər qadına, istərsə də kişiyə qarşı zorakılıq törədilirsə, bunun qarşısında yalnız qanun dayanmalıdır. Əgər biz ailədə və cəmiyyətdə sağlam tərbiyə və hüquq mədəniyyəti formalaşdırmaq istəyiriksə, qanuna söykənməliyik”.
Onun sözlərinə görə, artıq informasiya əsrində yaşayırıq və kişilər də bilirlər ki, təkcə fiziki deyil, psixoloji zorakılığa məruz qaldıqda da hüquqlarını müdafiə etmək üçün aidiyyəti qurumlara müraciət edə bilərlər.
Psixoloq son vaxtlar qadınlar tərəfindən kişilərə qarşı aqressiyanın artdığını da diqqətə çatdırıb: “İndiyə qədər zorakılıq deyəndə insanların gözünün qarşısında əsasən kişi obrazı canlanırdı. Lakin cəmiyyət dəyişdikcə, sosial rollar da dəyişməyə başlayıb. Hər iki cins müəyyən mənada bir-birinin rolunu üzərinə götürdüyü üçün bu, həm düşüncə, həm də davranış pozuntularına səbəb ola bilir. Nəticə etibarilə deyə bilərəm ki, bu gün bəzi qadınların zorakılıq göstərməsinin səbəblərindən biri də cəmiyyətdə onlara formalaşdırılan yanlış düşüncə modelləridir. Burada informasiya axınının, xüsusilə rəqəmsal dünyanın təsiri də az deyil. Rəqəmsal mühit həm qadınları, həm də kişiləri müəyyən davranış və düşüncə modellərinə yönləndirə bilir. Məişət zorakılığına məruz qalan kişilərə və ailələrə tövsiyəm odur ki, bütün hallarda hüquqi addım atsınlar. Kişilər həyat yoldaşlarından hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinməməlidirlər. Ola bilər ki, bu gün cəmiyyətin bir hissəsi bunu qəbul etməkdə çətinlik çəkir. Ancaq əgər biz hüquqi dövlətdən və sivil cəmiyyətdən danışırıqsa, burada cinsiyyətə görə fərq qoyula bilməz”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-07-2026
24-07-2026