"Bir gün rəhbərliklə" -Foto
Tarix: 24-07-2026 | Saat: 16:09
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Bir gün rəhbərliklə" layihəsi çərçivəsində bitərəf gənclərlə maarifləndirici görüş keçirilib.
aia.az xəbər verir ki, tədbirin məqsədi gənclərin dövlət qurumlarının fəaliyyəti, idarəetmə prinsipləri və dövlət qulluğunun əhəmiyyəti barədə məlumatlılığını artırmaq, onların ictimai fəallığını və dövlətçilik ənənələrinə bağlılığını gücləndirmək olub.
Tədbirdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, gənclərin dövlət idarəçiliyinə marağının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi gələcəyin peşəkar kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu cür layihələr gənclərin dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmasına, onların gələcək peşə seçimində düzgün istiqamət müəyyənləşdirməsinə və dövlətçilik dəyərlərinə daha sıx bağlanmasına xidmət edir.
Mingəçevir Gənclər Evinin əməkdaşı Ləman Bəylərova çıxışında layihənin gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və dövlət idarəçiliyi sahəsində praktik biliklər qazanmasına mühüm töhfə verdiyini vurğulayıb. O, gənclərin bu cür maarifləndirici layihələrdə fəal iştirakının onların gələcək uğurları üçün mühüm zəmin yaratdığını bildirib.
Layihə çərçivəsində iştirakçılar dövlət qurumunun iş prosesi ilə yaxından tanış olub, rəhbərliklə görüşərək onları maraqlandıran suallara cavab alıblar. Görüş zamanı dövlət idarəçiliyinin əsas istiqamətləri, vətəndaş müraciətlərinə baxılması, dövlət qulluqçularının vəzifə və məsuliyyətləri barədə ətraflı məlumat verilib.
Sonda gənclər təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür layihələrin davamlı keçirilməsinin onların bilik və dünyagörüşünün inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Yekunda xatirə şəkili çəkildi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-07-2026