“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
Tarix: 24-07-2026 | Saat: 11:36
Bölmə:Aia TV | çapa göndər

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi bir sıra yeni funksiyaları istifadəyə verib.
aia.az xəbər verir ki, yeniləmələr arasında iPad üçün müstəqil hesab yaratmaq imkanı, eləcə də avtomobillərdə tətbiqdən daha rahat istifadəni təmin edən funksiyalar yer alır.
Yeni dəyişiklik sayəsində artıq istifadəçilər "WhatsApp" hesabını birbaşa iPad üzərindən yarada biləcəklər. Bunun üçün əvvəlki kimi hesabı "iPhone" vasitəsilə qoşmağa ehtiyac qalmayacaq.
Bundan əlavə, "Apple CarPlay" və "Android Auto" inteqrasiyası da təkmilləşdirilib. Yenilənmiş funksiyalar sürücülərə əllərini sükandan çəkmədən zəng etmək, gələn mesajları dinləmək, səsli cavab göndərmək və zəng tarixçəsini idarə etmək imkanı yaradır.
Bu yeniliklərin istifadəçi təcrübəsini daha rahat və təhlükəsiz etməsi nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-07-2026