Mobil versiya
Rusiya Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcəyini açıqlayıb
Tarix: 24-07-2026 | Saat: 15:37
Bölmə:Özəl | çapa göndər

Rusiya Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcəyini açıqlayıb



Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistan mənşəli süd məhsullarının idxalına məhdudiyyət tətbiq ediləcəyini bildirib.
Qurumun açıqlamasına əsasən, yeni məhdudiyyətlər iyulun 27-dən qüvvəyə minəcək. Bununla Ermənistan istehsalı olan süd məhsullarının Rusiyaya idxalı məhdudlaşdırılacaq.
Rosselxoznadzor daha əvvəl də Ermənistandan idxal olunan bəzi məhsullara, o cümlədən balıq məhsullarına məhdudiyyətlər tətbiq etmişdi.
Rusiya tərəfi yeni qərarın qəbul edilmə səbəbləri ilə bağlı hələlik ətraflı məlumat açıqlamayıb. Ermənistanın aidiyyəti qurumlarının isə məsələ ilə bağlı rəsmi mövqeyi hələlik açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-07-2026