Mobil versiya
Yeni təmayül modeli repetitor asılılığını azalda bilərmi? – Ekspertin qiymətləndirməsi
Tarix: 22-07-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Yeni təmayül modeli repetitor asılılığını azalda bilərmi? – Ekspertin qiymətləndirməsi




Azərbaycanda Bakı şəhərində 31 ümumi təhsil müəssisəsində tətbiq olunacaq yeni təmayül tədris modeli məktəblərdə ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədlərindən biri şagirdlərin əlavə repetitor xidmətlərinə ehtiyacını azaltmaqdır.

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, yeni model əvvəlki təmayülləşmə cəhdlərindən fərqlənir. Onun sözlərinə görə, tədris prosesinin Dövlət İmtahan Mərkəzinin qəbul proqramına uyğunlaşdırılması, peşəkar müəllimlərin cəlb edilməsi və məktəbdaxili sınaq imtahanlarının keçirilməsi şagirdlərin hazırlıq səviyyəsinə müsbət təsir göstərə bilər.

Ekspert qeyd edib ki, layihə uğurlu icra olunarsa, valideynlərin repetitor xidmətlərinə çəkdiyi xərclərin azalmasına da şərait yarada bilər. Bununla yanaşı, o vurğulayıb ki, cəmiyyətdə formalaşmış repetitor stereotipinin dəyişməsi üçün ilk məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərməsi vacib olacaq.

İlqar Orucov layihənin effektivliyi üçün müəllimlərin maddi motivasiyasının gücləndirilməsini və təmayül siniflərinə şagird seçiminin düzgün aparılmasını da mühüm amillər kimi qiymətləndirib. Onun fikrincə, bu istiqamətdə düzgün idarəetmə və davamlı nəzarət modelin uğuruna təsir göstərəcək.

Ekspert eyni zamanda bildirib ki, məktəblər yalnız ali məktəbə hazırlıq funksiyasını yerinə yetirməməlidir. Onun sözlərinə görə, təhsil müəssisələri şagirdlərin vətəndaşlıq məsuliyyəti, milli-mənəvi dəyərlər, sosial bacarıqlar və şəxsi inkişafı istiqamətində fəaliyyətini də qoruyub saxlamalıdır.

İlqar Orucov hesab edir ki, yeni model akademik hazırlıqla yanaşı, məktəbin tərbiyəvi və sosial missiyasını da balanslı şəkildə təmin edə bilsə, ümumi təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2026