YAP Mingəçevir şəhər təşkilatında Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib. -Fotolar
Tarix: 22-07-2026 | Saat: 17:21
Bölmə:Gündəm | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə şəhərdə və Aran bölgəsində fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri ilə görüş görüş keçirilib.
aia.az xəbər verir ki, yığıncağı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev media mənsublarını peşə bayramı münasibətilə təbrik edərək çay süfrəsi ətrafında, olduqca səmimi və dostluq şəraitində baş tutan yığıncaqda hər birinə iş fəaliyyətlərində uğurlar və can sağlığı arzu edib. Sədr öz çıxışında jurnalistlərlə apardığı səmimi söhbətdə bu fikirləri vurğulayıb. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatının zəngin ənənələrə sahib olduğunu və bu gün Mingəçevir mətbuatının həmin ənənələri layiqincə yaşatdığını bildirdi. Regionda fəaliyyət göstərən jurnalistlərin hər zaman operativ, obyektiv və dövlətçilik maraqlarına sadiq fəaliyyət nümayiş etdirdiyini xüsusi qeyd etdi. YAP Mingəçevir şəhər təşkilatının yerli KİV nümayəndələri ilə hər zaman sıx və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq etdiyini və bu münasibətlərin yüksək səviyyədə qorunub saxlanacağını diqqətə çatdırdı.
Görüşdə iştirak edən yerli qəzetlərin baş redaktorları, xəbər portallarının və agentliklərin bölgə müxbirləri çay süfrəsi arxasında keçən bu səmimi söhbətə, göstərilən yüksək diqqət və qayğıya görə təşkilat sədri Bəxtiyar Mustafayevə və partiya kollektivinə dərin minnətdarlıqlarını bildiriblər. Yığıncağın sonunda fəaliyyətlərində fərqlənən media işçilərinə bayram münasibətilə Təşəkkürnamə, hədiyyələr və gül-çiçək dəstələri təqdim olunub.
Sonda xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər