Ana Sayfa > Özəl > Tramp İranla bağlı sərt xəbərdarlıq edib
Tramp İranla bağlı sərt xəbərdarlıq edib21-07-2026, 19:16. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp İranın amerikalı hərbçilərə qarşı hücumları ilə bağlı açıqlama verərək, ABŞ hərbçilərinə qarşı baş verəcək hücumların cavabsız qalmayacağını bildirib. Tramp "Truth Social" platformasında paylaşdığı mesajda ABŞ hərbçilərinin həlak olması halında buna qəti cavab veriləcəyini vurğulayıb. ABŞ Prezidenti bildirib ki, məsələ ilə bağlı müdafiə naziri Pit Heqsetə və Silahlı Qüvvələrin komandanlığına müvafiq tapşırıqlar verilib. O, hərbi rəhbərliyin vəziyyəti yaxından izlədiyini və zəruri addımların atılacağını qeyd edib. Bəyanat ABŞ ilə İran arasında son günlər artan gərginlik fonunda səsləndirilib. Vaşinqton və Tehran arasında qarşılıqlı ittihamlar və hərbi insidentlər regionda təhlükəsizliklə bağlı narahatlıqları artırmaqda davam edir. Geri dön |