Ukrayna Qara dənizdə Rusiya gəmilərinə zərbələr endirdiyini açıqladı
Tarix: 15-07-2026 | Saat: 12:30
Bölmə:Özəl | çapa göndər

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, Ukrayna hərbçiləri Qara dənizdə Rusiyanın istifadə etdiyi gəmilərə qarşı yeni əməliyyat həyata keçiriblər.
Onun iddiasına görə, iyulun 15-nə keçən gecə keçirilən əməliyyat zamanı ümumilikdə 20 gəmi vurulub. Brovdi bildirib ki, hədəflər arasında 17 neft tankeri, 2 qaz tankeri və 1 yedək gəmisi olub.
Komandanın sözlərinə görə, əməliyyat Ukraynanın Dövlət Sərhəd Xidmətinin iştirakı ilə həyata keçirilib və Qara dənizdə ilk dəfə "kölgə donanması" kimi xarakterizə olunan gəmilər hədəfə alınıb.
Bundan əvvəl Ukrayna mətbuatında Azov dənizində Rusiyanın "kölgə donanması"na aid olduğu iddia edilən daha 11 gəminin də zərbə altına düşdüyü barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, bu məlumatlar Ukrayna tərəfinin açıqlamalarına əsaslanır. Xəbərlə bağlı Rusiya tərəfindən hələlik rəsmi təsdiq və ya şərh verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər