Mobil versiya
Pensiyalara yönəldilən vəsait açıqlandı
Tarix: 14-07-2026 | Saat: 12:05
Bölmə:Ölkə | çapa göndər

Pensiyalara yönəldilən vəsait açıqlandı

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldilib.

Bu barədə aia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb:

"1 iyul 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Cari ilin birinci yarımilində 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026