Kreml seçki kartlarını açdı: Lavrov və Sobyanin ön sırada
Tarix: 28-06-2026 | Saat: 21:04
Bölmə:Dünya | çapa göndər

Rusiyanın hakim partiyası sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər üçün federal seçki siyahısını təsdiqləyib.
aia.az xəbər verir ki, hakim "Vahid Rusiya" Partiyasının qurultayında federal seçki siyahısına xarici işlər naziri Sergey Lavrov və Moskva meri Sergey Sobyanin başçılıq edəcək.
Ümumfederal ilk beşlikdə həmçinin hərbi müxbir Yevgeni Poddubnı, "Yunarmiya" təşkilatının rəhbəri Vladislav Qolovin və Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə axtarışa verdiyi Mariya Lvova-Belova da yer alıb.
Məlumata əsasən, qurultayda çıxış edən partiya rəhbərliyi ölkədə müşahidə olunan yanacaq böhranı və sosial problemlərə toxunmayaraq, əsas diqqəti hərbi ritorikaya yönəldib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-06-2026
13:40 Faktiki hava açıqlandı