Mobil versiya
Trampdan Venesuela ilə bağlı təcili göstəriş: Bütün qurumlara hazırlıq əmri verildi
Tarix: 25-06-2026 | Saat: 11:18
Bölmə:Özəl | çapa göndər

Trampdan Venesuela ilə bağlı təcili göstəriş: Bütün qurumlara hazırlıq əmri verildi


ABŞ Prezidenti Donald Trump Venesuelada baş verdiyi bildirilən güclü zəlzələlərlə bağlı açıqlama verərək federal qurumlara təcili hazırlıq göstərişi verdiyini açıqlayıb.

Tramp sosial media hesabında paylaşdığı mesajda təbii fəlakətin ağır nəticələr doğurduğunu, çoxsaylı insan tələfatı və dağıntılar barədə məlumatlar aldığını bildirib. O, ABŞ-ın zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu vurğulayıb.

ABŞ lideri qeyd edib:

“Venesuela xalqını sarsıdan böyük zəlzələlər genişmiqyaslı xarakter daşıyır. Amerika Birləşmiş Ştatları kömək etməyə hazırdır, bunu istəyir və buna qadirdir”.

Trampın sözlərinə görə, humanitar yardım və fövqəladə tədbirlərin koordinasiyası üçün aidiyyəti dövlət qurumlarına dərhal hazırlıq vəziyyətinə keçmək tapşırılıb.

O, həmçinin əlavə edib ki, ilkin məlumatlar ciddi narahatlıq doğurur və Vaşinqton hadisələrin inkişafını yaxından izləyir.

Hazırda Venezuela rəsmiləri tərəfindən zəlzələnin nəticələri ilə bağlı dəqiq məlumatların açıqlanması gözlənilir. ABŞ administrasiyası isə ehtiyac yaranacağı təqdirdə humanitar yardım mexanizmlərini işə salmağa hazır olduğunu bəyan edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2026