Litva hökuməti istefa verdi
Tarix: 23-06-2026 | Saat: 12:19
Bölmə:Dünya | çapa göndər

Baş nazir İnqa Ruginenenin başçılıq etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini rəsmən açıqlayıb.
aia.az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında bütün hökumət üzvlərinin ortaq razılığı əsasında qəbul edilib.
"Bütün çətinliklərə rəğmən, dövlətin və xalqın rifahı naminə gördüyümüz işlərlə fəxr etməyə haqqımız var. Bu gün istefa qərarını təsdiqləyirik", - deyə baş nazir çıxışında bildirib.
Xatırladaq ki, baş nazir və bütövlükdə hökumətin istefa verməsi hakim koalisiyada yaranmış siyasi dəyişikliklərlə bağlıdır. İyun ayının əvvəlində Litva Sosial Demokrat Partiyasının "Neman üzərində şəfəq" partiyasını populist siyasətdə günahlandıraraq onunla əməkdaşlığı pozmasından sonra koalisiyanın yenidən qurulması məsələsi aktuallaşıb. Litva naminə Demokratlar partiyası isə koalisiyanın yeni tərəfdaşına çevrilib. Məhz bu siyasi dəyişikliklər fonunda hökumətin yenidən formalaşdırılması barədə qərar qəbul olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-06-2026
12:55 Sabah yağış yağacaq