Mobil versiya
Novruzəli Aslanov: “Bakı - Aşqabad münasibətləri regional sabitlik və iqtisadi inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir”
Tarix: 23-06-2026 | Saat: 10:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Bakı - Aşqabad münasibətləri regional sabitlik və iqtisadi inteqrasiyanın mühüm dayaqlarından birinə çevrilir”

“Bu gün Azərbaycan ilə Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin iyunun 22-də verdiyi bəyanat göstərir ki, bu mərhələnin əsas fərqi tərəflərin artıq mövcud əməkdaşlığı qorumaqla yanaşı, onu regional geosiyasətə və iqtisadi inteqrasiyaya təsir edən strateji platformaya çevirməkcəhdlərindədir. Bəyanatda səslənən fikirlərdən aydın görünür ki, Bakı ilə Aşqabad qarşılıqlı fəaliyyətin uzunmüddətli inkişaf modelini formalaşdırmaq niyyətindədir. Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə də yeni dinamika qazandırıb. Türkmənistanla əməkdaşlığın intensivləşməsi bu siyasətin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətlər arasında mövcud olan tarixi, mədəni və mənəvi bağlar artıq siyasi və iqtisadi əməkdaşlığın möhkəm təməlinə çevrilib. Məhz bu etimad mühiti sayəsində tərəflər daha mürəkkəb və genişmiqyaslı layihələri birlikdə həyata keçirmək imkanına malikdir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili qeyd edib ki, bəyanatda xüsusi diqqət cəlb edən məsələlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı olub: “Müasir dövrdə beynəlxalq ticarətin və qlobal iqtisadi münasibətlərin əsas dayaqlarından biri təhlükəsiz və dayanıqlı nəqliyyat marşrutlarıdır. Azərbaycan və Türkmənistanın Xəzər hövzəsində yerləşməsi onların bu istiqamətdə strateji üstünlüyünü daha da artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd yalnız mövcud yük axınlarını artırmaq deyil, həm də üçüncü ölkələrin yükdaşımalarını bu marşrutlara cəlb etməkdir. Bu yanaşma Azərbaycanın tranzit mərkəzi kimi mövqeyini gücləndirməklə yanaşı, Türkmənistanın da beynəlxalq nəqliyyat sistemində rolunu genişləndirir. Bəyanatın digər mühüm cəhətlərindən biri də siyasi münasibətlərlə iqtisadi əməkdaşlıq arasında qurulan məntiqi əlaqədir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, siyasi etimad olmadan ən əlverişli coğrafi mövqe belə uğurlu nəqliyyat layihələrinin həyata keçirilməsi üçün kifayət etmir. Bu fikir Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm xüsusiyyətini əks etdirir. Ölkəmiz regional əməkdaşlığı yalnız iqtisadi maraqlar üzərində deyil, qarşılıqlı hörmət, etibarlılıq və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Prezident İlham Əliyevin Türkmənistanın neytrallıq siyasətinə verdiyi yüksək qiymət və bu siyasətə Azərbaycanın ardıcıl dəstəyini bir daha ifadə etməsi də mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu, iki ölkənin beynəlxalq münasibətlər sistemində sabitlik, qarşılıqlı hörmət və konstruktiv dialoq prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında iştirakına Türkmənistanın göstərdiyi dəstəyin xüsusi vurğulanması tərəflərin regional əməkdaşlığın genişlənməsinə ortaq baxışını təsdiqləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Türkmənistan münasibətləri artıq regional əməkdaşlığın uğurlu nümunələrindən biri kimi formalaşır. Prezident İlham Əliyevin bəyanatı bu tərəfdaşlığın gələcək inkişaf konturlarını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən yeni siyasi və iqtisadi məkanın formalaşmasında Bakının aparıcı rolunu bir daha nümayiş etdirdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2026