Mobil versiya
İran Hörmüz boğazı üzərindən xüsusi rabitə xətti çəkəcək
Tarix: 23-06-2026 | Saat: 09:46
Bölmə:Dünya / Manşet | çapa göndər

İran Hörmüz boğazı üzərindən xüsusi rabitə xətti çəkəcək

İran Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün xüsusi rabitə xətti istifadəyə verəcək.

aia.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Onun sözlərinə görə, yeni mexanizm dünyanın əsas gəmiçilik marşrutlarından birinin sularında münaqişə və insident riskini azaltmaq üçün hazırlanacaq.

Həmçinin, Qalibaf, İsveçrədə ABŞ ilə danışıqlar zamanı dondurulmuş İran aktivlərinin 12 milyard dollarlıq hissəsinin dondurulmasının ləğvi barədə nəhayət razılığa gəlindiyini açıqlayıb.

İyunun 21-də İsveçrədə ABŞ və İran arasında texniki danışıqlar baş tutub və tərəflər aralıq anlaşma memorandumunun təfərrüatlarını müzakirə ediblər. Görüş iştirakçıları 60 gün ərzində yekun razılığa gəlmək üçün yol xəritəsi barədə razılığa gəliblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2026