Mobil versiya
İƏT Pİ-nin İcraedici komitəsinin iclasında -Fotolar
Tarix: 22-06-2026 | Saat: 15:28
Bölmə:Siyasət / Parlament | çapa göndər

İƏT Pİ-nin İcraedici komitəsinin iclasında

Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də qurumun İcraedici Komitəsinin 56-cı iclası keçirilib.
İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass iclası açaraq iştirakçıları salamlayıb.
Sonra Qurani-Kərim qiraət olunub.
İclasa Milli Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov sədrlik edib. O, açılış nitqində İslam dininin sülh, mərhəmət və həmrəylik dəyərlərini təşviq etdiyini vurğulayıb. Rafael Hüseynov bildirib ki, təşkilatın yaradılmasına əsas verən fundamental prinsiplər – üzv dövlətlər arasında birliyin möhkəmləndirilməsi, ümumi çağırışlara qarşı birgə mövqenin formalaşdırılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi bu gün də öz aktuallığını qoruyur.
Sonra iclasın gündəliyinin müzakirəsi aparılıb. İclasda təşkilati məsələlərə baxılıb, qurumun 20-ci sessiyasının proqramı, sənədləri nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü Ceyhun Məmmədov, İƏT-in üzvü olan dövlətlərin parlament nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-06-2026