Mobil versiya
Kürasaodan tarixi nəticə - DÇ-dəki ilk xalını qazandı - Video
Tarix: 21-06-2026 | Saat: 09:22
Bölmə:İdman | çapa göndər

Kürasaodan tarixi nəticə - DÇ-dəki ilk xalını qazandı - Video


2026-cı il Dünya Çempionatının qrup mərhələsində Kürasao tarixində ilk dəfə mundialda xal qazanıb.

“aia.az” xəbər verir ki, Kanzas şəhərində keçirilən qarşılaşmada Ekvador və Kürasao qolsuz heç-heçəyə (0:0) razılaşıblar.

İlk turda Almaniyaya qarşı DÇ-dəki ilk qolunu vuran Karib hövzəsi təmsilçisi bu dəfə Ekvadorla heç-heçə edərək, mundial tarixində ilk xalını aktivinə yazdırıb.

Kürasaonun qəhrəmanı qapıçı Eloy Rom olub. Təcrübəli qolkiper matç ərzində 15 “seyv” edərək Ekvadorun bütün cəhdlərini boşa çıxarıb və komandasının tarixi nəticə qazanmasında həlledici rol oynayıb.

Ekvador oyun boyu üstün tərəf olsa da, Kürasaonun intizamlı müdafiəsini və Eloy Romu keçə bilməyib.

Bu nəticədən sonra qrupda Almaniya 6 xalla 1/8 finala vəsiqəni təmin edib. Fil Dişi Sahilinin hesabında 3 xal var. Ekvador və Kürasao isə hərəyə 1 xalla qrupda mübarizəni davam etdirirlər.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2026