Mobil versiya
Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb
Tarix: 10-06-2026 | Saat: 11:44
Bölmə:Dünya | çapa göndər

Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb

Taliban Pakistanın Əfqanıstana yeni hücumlar həyata keçirdiyini bəyan edib.

aia.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid “X” hesabında bildirib.

Onun sözlərinə görə, Pakistan ötən gecə Əfqanıstanın Kunar, Xost və Paktika vilayətlərini bombalayıb, nəticədə hava hücumu zamanı 13 nəfər, o cümlədən 11 uşaq, bir qoca və bir qadın ölüb.

Daha 14 qadın və uşağın xəsarət aldığı bildirilir.

Qeyd edək ki, bir neçə ay əvvəl Pakistan və Əfqanıstan arasında müharibə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2026