SOCAR ilə BCG şirkəti arasında “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb -Fotolar
Tarix: 02-06-2026 | Saat: 16:45
Bölmə:İqtisadiyyat | çapa göndər

2 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə “Boston Consulting Group” (BCG) şirkəti arasında “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” (Caspian Methane Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.
SOCAR-dan aia-a bildirilib ki sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri imzalayıblar.
Qeyd edək ki, 4 iyun 2025-ci il tarixində “Bakı Enerji Forumu” çərçivəsində SOCAR “BCG” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində, 2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi istiqamətində fəaliyyəti sürətləndirmək üçün “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” təşəbbüsünü irəli sürüb.
Təşəbbüs Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqat və araşdırmaların aparılması, metan emissiyalarının azaldılmasına yönəlmiş birgə layihələrin icrası, qarşılıqlı bilik mübadiləsi və effektiv təcrübələrin tətbiqi, Xəzər regionunda neft-qaz əməliyyatları zamanı emissiya azaldılması tədbirlərinin təşviq edilməsi məqsədi daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-06-2026