Adəm İsmayıl Bakuvi: “Güclü dövlət modelinin vacib elementlərindən sayılan ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın əsas prioritetləri sırasında yer alır”
Tarix: 29-05-2026 | Saat: 10:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın dövlətçilik ənənələri və iqtisadi yüksəliş tarixində aqrar sahə hər zaman xüsusi əhəmiyyət daşıyan strateji istiqamət olmuş, xalqın rifahının və milli təhlükəsizliyinin mühüm dayaqlarından biri kimi çıxış etmişdir. Bu gün ölkəmizin bütün bölgələrində, xüsusilə ulu babalarımızın izlərini yaşadan qədim torpaqlarda kənd təsərrüfatının yenidən canlanması və yeni inkişaf mərhələsinə qədəm qoyması heç də təsadüfi deyil. Güclü dövlət modelinin vacib elementlərindən sayılan ərzaq təhlükəsizliyinin təmin edilməsi və yerli istehsalın genişləndirilməsi müasir Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetləri sırasında yer alır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri xüsusi olaraq vurğulayıb ki, müasir Azərbaycanın kənd təsərrüfatında əldə olunan nailiyyətlərin təməlində cənab Prezident İlham Əliyevin məqsədyönlü, strateji və milli maraqlara əsaslanan aqrar inkişaf siyasəti dayanır: “Dövlət başçısının iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasını aqrar sahənin inkişafı ilə əlaqələndirməsi, kənd təsərrüfatına yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi, məşğulluğun artırılması və bölgələrarası tarazlığın təmin olunması vasitəsi kimi yanaşması bunun aydın göstəricisidir. Prezidentin rəhbərliyi ilə reallaşdırılan islahatlar, kənd təsərrüfatına ayrılan subsidiyalar, tətbiq edilən vergi güzəştləri və əlverişli kredit mexanizmləri torpaqla çalışan insanlara göstərilən yüksək diqqət və qayğının ifadəsidir. Dövlət başçısının regionlara səfərləri zamanı aqrar layihələrin gedişi ilə yaxından maraqlanması, fermerlərlə birbaşa təmas quraraq onların problemlərini dinləməsi və operativ qərarlar verməsi kənd təsərrüfatının dövlət siyasətində aparıcı mövqeyə malik olduğunu açıq şəkildə nümayiş etdirir. Bu yanaşma kənd insanının torpağa bağlılığını gücləndirmiş, yaşayış məntəqələrinin simasını yeniləmiş və yerli məhsullarımızın beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artmasına şərait yaratmışdır. Son illər ərzində Azərbaycan aqrar sektorun inkişafı istiqamətində mühüm və əlamətdar nailiyyətlər qazanmışdır. Ənənəvi təsərrüfat üsullarından müasir və intensiv kənd təsərrüfatı modelinə keçid uğurla həyata keçirilmiş, innovativ suvarma sistemləri, aqroparklar və rəqəmsal kənd təsərrüfatı platformalarının yaradılması məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur. Bunun nəticəsində ölkəmizin meyvə-tərəvəz, pambıq, tütün və digər strateji kənd təsərrüfatı məhsulları xarici bazarlarda möhkəm mövqe qazanmış, aqrar sektor milli iqtisadiyyata ən çox valyuta gətirən istiqamətlərdən birinə çevrilmişdir.”
Daha sonra müsahibimiz bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının mina təhlükəsindən təmizlənərək yenidən kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi və həmin ərazilərdə genişmiqyaslı dirçəliş prosesinin başlanması son dövrün ən mühüm aqrar uğurlarından hesab olunur: “Bu bölgələrdə yol, su, qaz və digər mühüm infrastruktur layihələrinin həyata keçirilməsi təkcə əhalinin sosial rifahını yüksəltməmiş, həm də regionlarda məşğulluğun artırılmasına və iqtisadi aktivliyin güclənməsinə mühüm töhfə vermişdir. Bu gün tam əminliklə söyləmək mümkündür ki, Azərbaycanın iqtisadi inkişafı və aqrar sahədə möhkəmlənən mövqeyi tarixi qanunauyğunluq və strateji zərurətdir. Bu inkişafın əsas təminatçısı xalq ilə dövlət rəhbərliyi arasında mövcud olan sarsılmaz həmrəylik, zəhmətkeş insanlarımızın torpağa sonsuz bağlılığı və dövlətimizin güclü iqtisadi iradəsidir. Azərbaycan bundan sonra da müəyyən etdiyi strateji hədəflərə doğru inam və qətiyyətlə irəliləyəcəkdir. Tariximizin zəngin irsindən, ulu əcdadlarımızın miras qoyduğu dəyərlərdən və müasir dövrün güclü idarəçilik modelindən qüvvə alan ölkəmiz aqrar sahədə tam müstəqilliyini və ərzaq təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa davam edəcəkdir. Torpaqlarımızın bərəkəti, zəhmətkeş insanların əməyi və uzaqgörən dövlət siyasəti sayəsində Azərbaycanın gələcəyi daha işıqlı, inkişaf yolu isə davamlı və möhkəm olacaqdır. Bu tərəqqi sadəcə qarşıya qoyulmuş məqsəd deyil, dövlət və xalq birliyinin gələcək nəsillər naminə formalaşdırdığı sarsılmaz inkişaf manifestidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-05-2026
28-05-2026