Mobil versiya
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTOLAR
Tarix: 26-05-2026 | Saat: 21:30
Bölmə:Ölkə | çapa göndər

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTOLAR


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında olub.

"aia.az" xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.

Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarını çay plantasiyası təşkil edir. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2026