Azərbaycan futbolunda tarixi hadisə
Tarix: 25-05-2026 | Saat: 11:56
Bölmə:İdman | çapa göndər

Peşəkar Futbol Liqası (PFL) Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olunub.
aia.az xəbər verir ki, bununla bağlı WLA-nın baş katibi Jerom Perlemuter və PFL prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib.
Jerom Perlemuter Azərbaycan PFL-ni təşkilatda görməkdən məmnun olduqlarını bildirərək, qurumun peşəkar futbolun inkişafı istiqamətində mühüm addımlar atdığını vurğulayıb.
Elxan Səmədov isə WLA-ya üzvlüyün Azərbaycan futbolu üçün vacib mərhələ olduğunu qeyd edib. O bildirib ki, bu əməkdaşlıq beynəlxalq təcrübə mübadiləsi və yerli futbolun inkişafına töhfə verəcək.
Qeyd edək ki, Dünya Liqaları Assosiasiyasında 1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları - İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, İspaniya La Liqası, Almaniya Bundesliqası, Fransa Peşəkar Liqası (1-ci Liqa) və digər güclü futbol ölkələrinin liqaları da var. İndiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-05-2026
09:40 Messi zədələndi