BMT rəsmisi: “Trilyonlarla dollar var, amma ehtiyac olan yerə xərclənmir”
Tarix: 22-05-2026 | Saat: 15:13
Bölmə:Siyasət | çapa göndər

“Ev eyni zamanda sabit cəmiyyətin ən kiçik, amma ən əsas vahididir. Biz mənzil məsələsinə məhz bu baxışla yanaşmalıyıq. Çünki evsiz və icmasız insanlar sabit ola bilməzlər”.
aia.az xəbər verir ki, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan “Mənzil sahəsinə qlobal investisiya yanaşmasının yenidən qiymətləndirilməsi” mövzusunda xüsusi sessiyada çıxışı zamanı bildirib.
BMT rəsmisinin sözlərinə görə, insanlara ciddi yanaşılmasa, xoşagəlməz nəticələr qaçılmaz olacaq:
“Bir ünvana sahib olmaq belə insan həyatında böyük dəyişiklik yaradır. Çünki vətəndaş olmaq məhz oradan başlayır. Nazir vəzifəsindən ayrılmağımdan uzun illər keçsə də, bu mövzu heç vaxt mənim üçün əhəmiyyətini itirməyib. Çünki mənzil məsələsinin nə qədər vacib olduğunu çox yaxşı bilirəm. Hazırda biz eyni anda iki fərqli prosesin şahidi oluruq. Bir tərəfdən mənzilə olan tələbat sürətlə artır, digər tərəfdən isə təklif bu tələbi qarşılaya bilmir. Təklif və tələbat arasında ciddi uyğunsuzluq yaranıb. Bu problemin mərkəzində isə maliyyələşmə dayanır. Bu gün dünyada davamlı inkişaf üçün ayrılmış trilyonlarla dollar vəsait mövcuddur. Amma həmin vəsaitlər ən çox ehtiyac olan yerlərə yönəlmir”.
Rebeka Qrinspan vurğulayıb ki, çoxtərəfli inkişaf bankları olmadan vəziyyəti dəyişmək mümkün deyil:
“Bu institutlar özəl investisiyanı cəlb etməli və onu özəl sektorun təkbaşına getmək istəmədiyi sahələrə yönləndirməlidir. Özəl investorlar riskləri azaltmaq və uyğun şərtlər görmək istəyirlər ki, mənzil sektoruna maliyyə yönəldə bilsinlər. Bu şəraiti yaratmaq isə məhz çoxtərəfli inkişaf banklarının edə biləcəyi işdir. Digər tərəfdən, ölkə daxilində yığımları da düzgün istiqamətləndirməliyik. Ailələrin ev almaq üçün qənaət edə biləcəyi sistemlər qurulmalıdır. Amma reallıq budur ki, insanlar bir evə sahib olmaq üçün 30 il boyunca ödəmə etməyə məcbur qalmamalıdırlar”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026