Mobil versiya
CHP-də siyasi böhran dərinləşir – İmamoğlunun prezidentlik hesabı pozuldu, Özgür Özəl çətin durumda
Tarix: 22-05-2026 | Saat: 18:18
Bölmə:Özəl | çapa göndər

CHP-də siyasi böhran dərinləşir – İmamoğlunun prezidentlik hesabı pozuldu, Özgür Özəl çətin durumda


Türkiyədə Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan son hadisələr ölkə siyasətində ciddi rezonans doğurub. Məhkəmənin CHP-nin 38-ci növbədənkənar qurultayının nəticələrini ləğv etməsi və partiyanın əvvəlki rəhbərliklə fəaliyyətini davam etdirməsi barədə qərarı müxalifət düşərgəsində yeni siyasi gərginlik yaradıb. Qərardan sonra Kamal Kılıçdaroğlunun yenidən ön plana çıxması, Özgür Özəlin isə faktiki olaraq siyasi baxımdan zəifləməsi diqqət çəkir.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, baş verənlər təkcə daxili partiya məsələsi deyil, həm də CHP daxilində qurulan siyasi planların pozulması anlamına gəlir. Onun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu partiya daxilində özünə yaxın komandanı önə çıxarmaqla gələcək prezident seçkiləri üçün zəmin hazırlamağa çalışırdı. Bu strategiyanın əsas dayaqlarından biri isə Özgür Özel idi.

Ekspert hesab edir ki, məhkəmə qərarı ilə CHP-də qurulan yeni siyasi xətt ciddi zərbə aldı. Onun fikrincə, Türkiyənin son illərdə regional gücə çevrilməsi və beynəlxalq arenada daha müstəqil siyasət yürütməsi əsasən Recep Tayyip Erdoğan hakimiyyəti dövründə formalaşan siyasi kursun nəticəsidir. Müxalifətin isə fərqli siyasi model üzərində çalışdığı iddia olunur.

Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyədə iqtisadi və sosial problemlər zaman-zaman gündəmə gəlsə də, AK Parti hakimiyyəti dövründə ölkənin sənaye, kənd təsərrüfatı və infrastruktur sahələrində ciddi inkişaf müşahidə olunub. Onun fikrincə, 2000-ci illərin əvvəllərindəki Türkiyə ilə müqayisədə hazırkı iqtisadi göstəricilər daha yüksək səviyyədədir.

Politoloq əlavə edib ki, Ekrem İmamoğlu İstanbul meri kimi seçilsə də, onun əsas hədəfi yalnız şəhər idarəçiliyi ilə məhdudlaşmırdı. İddialara görə, o, siyasi və maliyyə imkanlarını genişləndirərək ölkə siyasətində daha böyük rol almağı planlaşdırırdı. CHP-də yaşanan son proseslər isə bu planların reallaşmasını çətinləşdirə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2026