Əbədi və sarsılmaz müstəqilliyimiz
Tarix: 22-05-2026 | Saat: 10:14
Bölmə:Siyasət | çapa göndər

1918-ci il mayın 28-i Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ən şanlı və müqəddəs səhifədir. Həmin gün Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, təkcə öz taleyini deyil, bütün Şərq və müsəlman dünyasının siyasi mənzərəsini kökündən dəyişdirən tarixi bir addım atmışdır. İmzalanan İstiqlal Bəyannaməsi ilə Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Bu tarixi sənəd xalqımızın müstəqillik hisslərini daha da alovlandırmış və onun azad, demokratik respublika qurmaq, öz müqəddəratını təyin etmək əzmini bütün dünyaya bəyan etmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük bir tarihi hadisə idi, çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı və biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əvəzsiz və əhəmiyyətli təsir göstərmişdir. Bu qısa, lakin şərəfli dövr ərzində ölkəmizin ilk parlamenti və milli hökuməti qurulmuş, müqəddəs dövlət atributları təsis olunmuşdur. Parlamentin qəbul etdiyi mütərəqqi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, eləcə də beynəlxalq standartlara uyğun demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Cümhuriyyət, irqi, milli, dini və sinfi bərabərsizliyi tamamilə ortadan qaldırmış, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar tanımış və Azərbaycan vətəndaşlığı institutunu təsis etmişdir. Dövlət quruculuğu ilə yanaşı, ölkənin suverenliyini qorumaq üçün rəşadətli Milli Ordu yaradılmış və bu ordu müttəfiq Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə vuruşaraq Bakını mənfur işğalçılardan azad edib paytaxtımızı xalqımıza qaytarmışdır. Eyni zamanda, dövlət quruculuğunda ədalət mühakiməsinə xüsusi önəm verilərək, məhz müstəqilliyin elan olunduğu gün – 28 mayda Ədliyyə Nazirliyi təsis edilmiş, ardınca isə mütərəqqi məhkəmə sisteminin əsasnamələri qəbul olunmuşdur.
Avropanın mütərəqqi demokratik dəyərləri ilə zəngin Şərq mədəniyyətini özündə sintez edən Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli kimlik şüurunu özünə qaytarmışdır. Milli hökumət elmin və təhsilin inkişafını dövlətin əsas prioriteti elan edərək, 1918-ci ilin avqustunda qəbul edilən qərarla dərslərin ana dilində keçirilməsinə başlamışdır. 1919-cu ilin sentyabrında isə milli və peşəkar kadrların hazırlanması istiqamətində tarixi bir addım atılaraq Bakı Dövlət Universiteti təsis edilmiş, bununla yanaşı gələcək inkişafın möhkəm təməlləri qoyulmuşdur. Yeni yaradılmış dövləti dünyaya tanıtmaq isə xarici siyasətin başlıca məqsədi olmuşdur. Paris Sülh Konfransında milli maraqların müdafiəsi və aparıcı dövlətlərlə diplomatik əlaqələrin qurulması yönündə mühüm addımlar atılmış və Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyekti kimi tanınmışdır. Məhz Cümhuriyyət diplomatlarının bu gərgin və uğurlu fəaliyyəti sayəsində, 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra belə, Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən tamamilə silinməsinin qarşısı alınmışdır.
Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi. Azərbaycan XX əsrin sonlarında yenidən öz azadlığına qovuşarkən, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə birbaşa istinad olunmuş və ölkəmiz rəsmən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Müstəqilliyin yenidən bərpası ağır siyasi, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü dövrünə təsadüf etdiyi üçün ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsi, cəsarəti və fədakarlığı sayəsində Azərbaycanı məhv olmaqdan xilas etmiş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Hələ Sovet İttifaqının mövcud olduğu bir şəraitdə, 1990-cı il noyabrın 17-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinə aid üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qaldırılması xalqı müstəqilliyə aparan yolun cəsur təməli olmuşdur. Heydər Əliyev azərbaycançılıq məfkurəsini inkişaf etdirərək xalqın tarixi-mədəni yaddaşını özünə qaytarmış və onun diqqəti sayəsində 1998-ci ildə Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd olunmuşdur.
Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələrinə sadiqlik xətti Prezident İlham Əliyev tərəfindən ən yüksək pilləyə qaldırılmışdır. Milli yaddaşın qorunmasına xüsusi önəm verən dövlət başçısının təşəbbüsü ilə 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində İstiqlal Bəyannaməsi abidəsi ucaldılmışdır. Dövlət başçısının sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunması Şərqdə ilk parlamentli respublikanın tarixi roluna verilən ali dəyərin sübutu olmuşdur. Həmin il həmçinin, 1918-ci ildə AXC parlamentində qaldırılmış orijinal üçrəngli Dövlət bayrağı yenidən Vətənə qaytarılaraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatına çevrilmişdir. Tarixi ədalətin tam bərpası məqsədilə 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, bu qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur. Bu mühüm addım Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və müasir Azərbaycanın AXC-nin tamhüquqlu varisi olduğunu hüquqi olaraq bir daha möhürləyir.
Ötən illər ərzində dövlətimiz tərəfindən atılmış hər bir addım, icra edilən hər bir islahat tək bir böyük hədəfə – doğma torpaqlarımızın işğaldan azad olunmasına və Azərbaycanın bütün beynəlxalq sərhədləri boyunca üçrəngli bayrağımızın ucaldılmasına xidmət etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımız dünyada müzəffər xalq kimi tanınmışdır. 1920-ci ilin noyabrında sovet Rusiyası tərəfindən Azərbaycandan qoparılaraq Ermənistanına birləşdirilən Qərbi Zəngəzur kimi tarixi ədalətsizliklərlə üzləşən xalqımız, bu gün öz haqlarını döyüş meydanında və diplomatik müstəvidə tam bərpa etmişdir. Dövlət başçısının azad olunmuş Laçında sakinlərlə məhz 28 May tarixində görüşməsi və rəmzi olaraq müstəqil Azərbaycanın istənilən nəticəni əldə etməyə qadir olduğunu bəyan etməsi yeni tariximizin qürur doğuran mənzərəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ən müqəddəs yadigarı olan üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanması gələcək nəsillərə bəxş edilmiş əbədi dövlətçilik əmanəti və Zəfər salnaməsidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminik ki, müstəqillik yolunda inkişafımız davamlı və uğurlu olacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz qalacaqdır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2026
21-05-2026