Mobil versiya
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
Tarix: 22-05-2026 | Saat: 09:15
Bölmə:İdman | çapa göndər

Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu

​"Əl-Nəsr" klubu öz tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının çempionluq kubokunu başı üzərinə qaldırıb.

aia.az xəbər verir ki, ​Kriştiano Ronaldu son turda "Damak" klubuna qarşı keçirilən həlledici oyunda dubl edərək komandasını qələbəyə daşıyıb və "Əl-Nəsr" forması ilə ilk liqa çempionluğunu qazanıb.

Bununla da portuqaliyalı superulduzun uzun müddətdir davam edən kubok həsrətinə son qoyulub.

​Sarı-göylər turnir cədvəlində son ana qədər gərgin mübarizə apardıqları əzəli rəqibləri "Əl-Hilal" klubunu qabaqlayaraq taxtın yeni sahibi olublar.

Qeyd edək ki, paytaxt təmsilçisi daxili çempionatda sonuncu dəfə 2019-cu ildə qələbə sevinci yaşamışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2026