Mobil versiya
Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda vətəndaş qəbulu keçirib -Fotolar
Tarix: 16-05-2026 | Saat: 10:40
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdə rayonunda  vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Bəcirəvan, Xəsili kəndlərində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.

Qəbuldan öncə Millət vəkili Xanlar Fətiyev Bəcirəvan kəndində şəhid Sövqi İsmayılzadənin xatirəsinə salınmış xatirə- bulaq kompleksinin önünə tər güllər düzərək bütün şəhidlərin xatirəsini ehtiramla yad edib.
Qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.
Qəbul- görüş zamanı vətəndaşların müraciəti ilə Millət vəkili Xanlar Fətiyev Bəcirəvan kənd tibb məntəqəsində, Xəsili kənd tam orta ümumtəhsil məktəbində və Xəsili kənd körpələr evi -usaq bağçasında olub, oradakı vəziyyətlə tanış olub, buradakı müəyyən çətinliklərin həllində kömək edib.
Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.

Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2026