ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
Tarix: 15-05-2026 | Saat: 11:52
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Biotexnologiya üzrə Bitkilərin Adaptasiya Otağının açılış mərasimi keçirilib.
aia.az xəbər verir ki, Rektor Zəfər Qurbanov qeyd edib ki, universitetdə elmi-tədqiqat mühitinin daha da gücləndirilməsi, innovativ laboratoriyaların yaradılması və biotexnologiya istiqamətində qabaqcıl təcrübələrin tətbiqi ADAU-nun inkişaf strategiyasının əsasını təşkil edir. Otaq həm fundamental və tətbiqi elmi araşdırmaların keyfiyyətini yüksəldəcək, həm də tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə aqrar sektorun dayanıqlı inkişafı üçün innovativ layihələrin əhəmiyyətinə toxunub. O, müasir laboratoriya və tədqiqat mühitinin formalaşdırılmasının gələcəkdə rəqabət qabiliyyətli aqrar mütəxəssislərin hazırlanması və istehsalatda elmi yeniliklərin tətbiqinə geniş imkanlar açdığını bildirib.
ADAU-nun Biotexnologiya Mərkəzinin direktoru Ramin Məmmədov yeni otağın laboratoriyada əldə olunan bitki materiallarının təbii şəraitə uyğunlaşdırılması, onların yaşama qabiliyyətinin yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi və yeni biotexnoloji yanaşmaların tətbiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Bildirilib ki, bu mərkəz laboratoriya şəraitində yetişdirilən bitki materiallarının xarici mühitə uyğunlaşdırılması, onların davamlılığının artırılması, seleksiya və genetik tədqiqatların praktik mərhələyə daşınması baxımından mühüm rol oynayacaq.
Tədbirdə aqrar innovasiyaların təşviqinə həsr olunan “AFAQ” layihəsi ilə bağlı videoçarxın təqdimatı da baş tutub.
Qonaqlar otaqdakı müasir iş şəraiti, istifadə olunan texnoloji avadanlıqlar, iqlimə nəzarət sistemləri və elmi eksperimentlərin aparılması üçün yaradılan imkanlarla tanış olublar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2026