Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (ADB) 59-cu İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib
Tarix: 15-05-2026 | Saat: 12:52
Bölmə:İqtisadiyyat | çapa göndər

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (ADB) 59-cu İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu Qrupun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev və Qrup Maliyyələşmə və Portfel İdarəetməsi şöbəsinin müdiri Xalis Məmmədov təmsil ediblər.
Tədbir çərçivəsində Qrup nümayəndələri Asiya İnkişaf Bankının Özəl Sektor Əməliyyatları Departamentinin baş direktoru Isabel Chatterton, departamentin baş direktor müavini Marife Apilado və Aqrobiznes İnvestisiyaları Komandasının rəhbəri Martin Lemoine ilə görüş keçiriblər.
Görüşlər zamanı Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupu arasında mövcud layihələr, davam edən əməkdaşlıq istiqamətləri və yeni potensial layihələr müzakirə olunub. Tərəflər həmçinin pərakəndə satış, distribusiya, logistika, təchizat zəncirinin inkişafı, aqrobiznes və dayanıqlı maliyyələşmə istiqamətlərində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə Asiya İnkişaf Bankı arasında 17 milyon manat məbləğində kredit və 850 min manat həcmində texniki yardım qrantını nəzərdə tutan maliyyələşmə layihəsi imzalanıb. Layihə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və yerli kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi istiqamətlərini əhatə edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2026
14-05-2026