Mobil versiya
Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Tarix: 05-05-2026 | Saat: 17:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvadorda səfərdə olub.

Bu barədə aia.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Xarici İşlər və Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə iki kənd təsərrüfatı, biznes və sərmayələrin gəcək təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Hökuməti və Ekvador Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında "Azərbaycanın xarici siyasəti" mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Moblliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı "El Telegrafo" onlayn dövlət qəzetinə müsahibələr verilib.

Səfər çərçivəsində həmçinin Ekvadorda fəaliyyət göstərən Azərbaycanlı iş adamları ilə görüş keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026