Çexiya-Azərbaycan ölkələrinin qarşısında çox gözəl perspektivlər açılır
Tarix: 04-05-2026 | Saat: 09:12
Bölmə:Özəl | çapa göndər

27 aprel 2026-ci il tarixində başlamış Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın yalnız Çexiya üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün vacib ölkə olduğunu təsdiqləyir.
Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir.
Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur və bu ölkələrin 10-u Avropa İttifaqına üzvdür. Bu fakt Azərbaycan–Çexiya münasibətlərinin yalnız ticarət deyil, həm də uzunmüddətli strateji əməkdaşlıq xarakteri daşıdığını göstərir. Bununla yanaşı, tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsi məqsədilə bir sıra yeni istiqamətlər üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırırlar. Xüsusilə sənaye kooperasiyası, birgə istehsal layihələri və texnoloji əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlıq yalnız mövcud ticarət dövriyyəsinin artımı ilə məhdudlaşmır. Əsas məqsəd ticarətin strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya layihələrinin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsidir.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-05-2026
03-05-2026
21:26 Rusiya geri çəkilir?