Mobil versiya
DDLA-dan hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq
Tarix: 28-04-2026 | Saat: 09:35
Bölmə:Ölkə | çapa göndər

DDLA-dan hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

DDLA-dan aia.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.

Məlumata görə, dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026