Mobil versiya
Pezeşkian–Makron danışıqları - Tehran Avropaya yeni diplomatik siqnal verdi
Tarix: 14-04-2026 | Saat: 13:34
Bölmə:Özəl | çapa göndər

Pezeşkian–Makron danışıqları - Tehran Avropaya yeni diplomatik siqnal verdi


Məsud Pezeşkian ilə Emmanuel Makron arasında baş tutan telefon danışığı İran–Qərb münasibətlərində yeni mesaj kimi qiymətləndirilir. Tərəflər əsasən regional gərginlik və nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə ediblər.

İran prezidenti bildirib ki, Avropa ölkələri prosesdə daha aktiv rol oynayaraq ABŞ-ı beynəlxalq hüquq çərçivəsində danışıqlara təşviq edə bilər. Onun fikrincə, yalnız bu halda diplomatik çıxış yolu real nəticə verə bilər.

İran tərəfi dialoqa açıq olduğunu vurğulasa da, Pezeşkian ABŞ-ın sərt tələblərinin və siyasi iradə çatışmazlığının razılaşma prosesini ləngitdiyini qeyd edib.

O, həmçinin bildirib ki, təzyiq və sanksiya siyasəti problemi həll etmir, əksinə regionda gərginliyi daha da artırır.

Analitiklər bu açıqlamaları Avropaya ünvanlanan diplomatik siqnal kimi dəyərləndirir və Parisin vasitəçilik rolunun yaxın dövrdə daha da ön plana çıxa biləcəyini istisna etmirlər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə