Mobil versiya
Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 12-04-2026 | Saat: 09:44
Bölmə:Ölkə | çapa göndər

Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb


Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"aia.az" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2026