Mobil versiya
Milli Məclisin deputatı Ağalar Vəliyevin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Sloveniya Respublikasına səfər edib -Fotolar
Tarix: 12-02-2026 | Saat: 18:15
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin deputatı Ağalar Vəliyevin rəhbərlik etdiyi  parlament nümayəndə heyəti Sloveniya Respublikasına səfər edib

Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəvəti ilə Milli Məclisin deputatları - Azərbaycan-Sloveniya parlamentlərarası işçi qrupunun rəhbəri Ağalar Vəliyev və qrupun üzvü Heydər Əsədov fevralın 10-11-də Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər ediblər.
Səfər çərçivəsində Milli Məclisin üzvlərinin Sloveniya Milli Assambleyasının Prezidenti Urşka Klakoçar Zupançiç, Baş nazirin müavini - xarici işlər naziri Tanya Fayon, Milli Assambleyanın Xarici siyasət komitəsinin sədr müavini Duran Stoyanoviç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşləri keçirilib.
Görüşlərdə parlamentlərarası münasibətlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın cari vəziyyəti yüksək dəyərləndirilib, son illər ərzində reallaşan parlament və hökumət nümayəndə heyətlərinin səfərlərində əldə edilən razılaşmalardan məmnunluq ifadə olunub, qarşılıqlı əlaqələrin şaxələndirilməsi və inkişafı perspektivləri ətrafında faydalı müzakirələr aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2026