Mobil versiya
Kembric Universiteti mülkiyyətini Nigeriyaya təhvil verib
Tarix: 09-02-2026 | Saat: 18:58
Bölmə:Özəl | çapa göndər

Kembric Universiteti  mülkiyyətini Nigeriyaya təhvil verib

İngiltərədəki Kembric Universiteti 1897-ci ildə Benin Krallığından əldə etdiyi kolleksiyasından 116 tarixi əsərin qanuni mülkiyyətini Nigeriya Muzeyləri və Abidələr üzrə Milli Komissiyaya (NCMM) təhvil verdiyini açıqladı.
Universitetin yazılı açıqlamasında Arxeologiya və Antropologiya Muzeyinin (MAA) kolleksiyasından olan artefaktların Benin Kral Sarayı ilə idarəetmə müqaviləsi çərçivəsində Nigeriyaya qaytarılacağı bildirilir.

Bəyanatda əlavə olaraq qeyd olunur ki, qərar NCMM tərəfindən 2022-ci ilin yanvar ayında edilən rəsmi repatriasiya tələbindən sonra verilib, Kembric Universiteti Şurası tərəfindən təsdiqlənib və proses Böyük Britaniya Xeyriyyə Komissiyasının səlahiyyəti altında həyata keçirilir.
Artefaktların əksəriyyətinin fiziki olaraq Nigeriyaya göndəriləcəyi, kiçik bir hissəsinin isə muzey ziyarətçiləri, tələbələri və tədqiqatçıları üçün Arxeologiya və Antropologiya Muzeyində (MAA) icarəyə götürülərək nümayiş etdiriləcəyi bildirildi.

Cəmi 116 əsərdən ibarət kolleksiya əsasən misdən hazırlanmış artefaktlardan ibarətdir, eyni zamanda fil sümüyü və taxta heykəlləri də əhatə edir.

Xatırladaq ki, bu artefaktların 1897-ci ildə Benin şəhərində baş tutan "Cəza Ekspedisiyası" kimi tanınan hərbi əməliyyat zamanı müsadirə edildiyi bildirildi.

NCMM-in baş direktoru Oluqbile Holloway bu inkişafın Kembric Universiteti ilə dialoqda əhəmiyyətli bir mərhələ olduğunu bildirdi və əlavə etdi ki, geri qaytarılma təkcə artefaktları deyil, həm də keçmişdən itirilmiş qürur və nüfuzun bərpasını təmsil edir.

MAA direktoru professor Dr. Nikolas Tomas son illərdə Nigeriya qurumları, kral ailəsinin nümayəndələri və akademiklərlə əlaqələrin bu proses üçün zəmin yaratdığını bildirdi və müstəmləkə dövründə götürülmüş artefaktların geri qaytarılmasına artan milli və beynəlxalq dəstəyi qeyd etdi.

Benin bürüncləri 1897-ci ildə Britaniya əsgərlərinin həmin ilə qədər indiki Nigeriya ərazisində müstəqil bir dövlət olan Benin Krallığına hücumu zamanı talan edilmişdir.

Benin Krallığı bu gün müstəqil bir dövlət olmasa da, Nigeriya sərhədləri daxilində mövcud olmağa davam edir.

Benin bürünclərinin əksəriyyəti, o cümlədən insan və heyvan fiqurları, relyeflər, kral əşyaları və zəng, uzun illər Hollandiyanın Leyden şəhərindəki bir muzeydə nümayiş etdirilmişdir.

2022-ci ildə Nigeriya rəsmi olaraq dünya üzrə muzeylərdən yüzlərlə artefaktin geri qaytarılmasını tələb etdi və həmin il Londondakı bir muzeydən 72, ABŞ-ın Rod-Aylend şəhərindəki bir muzeydən isə 31 artefakt geri qaytarıldı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2026