Mobil versiya
Xankəndi beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana – siyasi dialoq mərkəzinə çevrilir
Tarix: 07-07-2025 | Saat: 11:29
Bölmə:Siyasət | çapa göndər

Xankəndi beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana – siyasi dialoq mərkəzinə çevrilir

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.Adı bir vaxtlar münaqişə ilə assosiasiya olunan Xankəndi indi regional diplomatiyanın mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşündə dediyi “Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” ifadəsi təkcə ev sahibliyinə dair jest deyildi, bu, dərin tarixi təlatümlərdən keçmiş bir məkanın geosiyasi reabilitasiyasına verilmiş qlobal siqnal idi. Eyni zamanda, dövlət başçımızın bu çıxışı Azərbaycanın regiondaxili və regionlararası münasibətlər sistemində transformativ aktor rolunu necə üzərinə götürdüyünü açıq şəkildə nümayiş etdirir.
Tarixi şəhərimiz Xankəndidə keçirilən beynəlxalq zirvə təkcə fiziki məkan seçimi deyildi. Bu, postmünaqişə dövründə beynəlxalq hüququn, dövlət suverenliyinin və normativ gücün təcəssümünə çevrildi. Qarabağ münaqişəsinin diplomatik və hərbi mərhələlərini uğurla tamamlamış Azərbaycan indi həmin məkanları regional və qlobal dialoqun platformasına çevirir. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan təkcə ərazilərini azad etmədi, həm də regional güc mərkəzi statusunu institusionallaşdırmaq üçün imkanlar əldə etdi. Xankəndidəki Konqres Mərkəzində keçirilən İƏT Zirvəsi bu statusun ilk bariz nümunələrindən biridir.

Arzu Bağırova
Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025