Mobil versiya
İsrailin İrana hücumunu əvvəlcədən bilirdim - Trampdan etiraf
Tarix: 13-06-2025 | Saat: 09:38
Bölmə:Manşet / Dünya | çapa göndər

İsrailin İrana hücumunu əvvəlcədən bilirdim -


ABŞ prezidenti Donald Tramp deyib ki, o, İsrailin İrandakı hədəflərə zərbə endirmək planları barədə əvvəlcədən məlumatlı olub.

aia.az xəbər verir ki, onun sözlərinə görə, yəhudi dövlətinin İslam Respublikasına qarşı əməliyyatına başlaması onun üçün sürpriz olmayıb.

İyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan "Am Kelavi" (Aslan kimi millət) əməliyyatına başladığını elan edib. Bunun ardınca İslam Respublikasında bir neçə məntəqədə hədəflər vurulub. İsrail əsgərləri Tehran ərazisində altı hərbi bazaya hücum ediblər.Natanz şəhərindəki nüvə obyektində partlayış baş verib.

İranın ali dini lideri Əli Xamneyi insidentlə bağlı xalqa müraciət edərək deyib ki, o, İsrailin hücumlarına cavab vermək üçün ölkə ordusuna “hərəkət azadlığı” verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025