Cənub Qaz Dəhlizi: “Azərbaycanın uğur hekayəsidir" - DEPUTAT
Tarix: 07-04-2025 | Saat: 11:00
Bölmə:Siyasət | çapa göndər

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.
İclasda iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.
Ölkə başçısı bildirib ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı:
"Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu.
Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik.
Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq".
Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları ölkəmizdə təşkili və ölkə başçısın buradakı çıxışı ictimaiyyət nümayəndələri, millət vəkilləri, ziyalılarımız tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Milli Məclisinin deputatı, iqtisadçı-ekspert Azər Badamov mətbuata bildirib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın uğur hekayəsidir və Prezident İlham Əliyevin tədbirdə çıxış da bu layihənin uğurlu olmasının əsasında əsasən iki məqsədin dayandığını qeyd etdi:
“Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür".
Millət vəkilinin fikrincə, həqiqətən Cənub Qaz Dəhlizi ərazisindən boru xətti keçən ölkələr arasında yeni əməkdaşlıq formatı yaratdı:
"Hər il Məşvərət Şurasının iclaslarına qatılan nümayəndələrin sayının artması isə Cənub Qaz Dəhlizinin mühüm strateji əhəmiyyətindən xəbər verir. Ötən hər il Azərbaycandan qaz almaq istəyən ölkələrin sayında artım müşahidə olunur. Keçən il keçirilmiş iclasdan bu günə qədər qazımızın alıcılarının sayında 5 ölkə artaraq 12-yə çatıb. Bunlardan 10-u Avropa, 8-i isə Avropa İttifaqına daxil olan ölkələrdir.
2022-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında imzlanmış memoranduma əsasən Avropa İttifaqına ixrac olunacaq qazın həcmi 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması hədəflənmişdir.
Belə ki, 2021-ci ilə nisbətən 2024-cü ildə Avropaya illik qaz ixracı həcminin 11 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılması hədəflərimizə doğru irəllilədiyimizin göstəricisidir. Azərbaycanın ehtiyatları uzun illər Avropaya qaz ixracına imkan verəcək.
Məhz "Abşeron" qaz yatağından çıxarılan qazın həcminin daha 3 milyard kubmetrə qədər artırılması və “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin qatlarının tədqiq olunaraq istismara verilməsi, qaz potensialıımızın proqnozlaşdırılandan da çox olduğunu təsdiq edir.
Həmçinin, “yaşıl enerji” günədliyimizin inikişaf etdirlməsi qaza qənaət olunmasına və ixrac üçün həcmlərin artırılmasına imkan verəcək. Bu gün Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Gələcəkdə bu xəttə daha böyük həcmlərin əlavə olunması üçün yeni sərmayələrin qoyulmasına ehtiyac var.
O cümlədən, Avropa İttifaqında yeni interkonnektorlar tikilərək şəbəkə genişlənməlidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasında əsas diqqət bu layihəyə yeni investisiyaların yatırılması və qazımıza uzunmütddətli tələbatının olacağına təminatın verilməsi ilə bağlı olub. Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsiliyində həlledici rol oynayır”.
Nigar Abdullayeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər